İbrahimoviç "Liverpul" ilə oyunu buraxır
- 2021-09-14
"Milan"ın hücumçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Liverpul"la keçiriləcək səfər oyununu buraxacaq.
"Sky Sport"da verilən xəbərdə, 39 yaşlı futbolçu axil tendonundan (dabanın yuxarı, topuğun arxa hissəsi) zədə alıb.
Qeyd edək ki, sabah keçiriləcək "Liverpul" - "Milan" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.