A seriyasında bir gündə ikinci baş məşqçi istefası
- 2021-09-14
Kalyari baş məşqçisi Leonardo Sempliçini istefaya göndərib.
Bu barədə klubun saytı məlumat yayıb.
Qeyd edək ki, Sempliçi bu ilin fevralından Kalyarini çalışdırırdı. Onun rəhbərliyi altında komanda bu mövsüm İtaliya çempionatında meydana çıxdığı üç matçda bir xal belə qazanmayıb.
Xatırladaq ki, bu gün Verona da baş məşqşisi Eusebio Di Françesko ilə yolları ayırıb