"Zlatan futbol tarixinin ən yaxşılarındandır"
Digər

"Zlatan futbol tarixinin ən yaxşılarındandır"

  • 2021-09-14

Liverpulun baş məşqçisi Yürgen Klopp Milanın futbolçusu Zlatan İbrahimoviç haqqında danışıb. 

54 yaşlı mütəxəssis Çempionlar Liqasında bu komanda ilə keçirəcəkləri matçdan əvvəl mətbuat konfransında 39 yaşlı hücumçu barədə müsbət fikirlər söyləyib: 

"Zlatan, möhtəşəm oyunçudur. Zədəsini sağaltdıqdan sonra onun necə mübarizə apardığını, döyüşdüyünü gördüm. Meydana çıxdı və ilk oyunda qol vurdu. Zlatan müstəsna anları sevir. O, futbol tarixinin ən yaxşı oyunçularından biridir. Hər matçda son damla qanını belə bədənindən çıxarır, meydana qoyur". 

Qeyd edək ki, sabah keçiriləcək "Liverpul" - "Milan" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.