"Barselona" artıq bizim üçün nümunə deyil
Digər

"Barselona" artıq bizim üçün nümunə deyil

  • 2021-09-14

"Bavariya"nın fəxri prezidenti Uli Heness "Barselona"dakı maliyyə vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.

"Bild"ə istinadən, o, Kataloniya təmsilçisinin faktiki olaraq dağıldığını deyib: 

"Əgər bu, Almaniyada olsaydı, onlar artıq müflis olardı və müvafiq məhkəmə bununla məşğul olardı. "Barselona" artıq bizim üçün nümunə deyil".