Ronaldodan təşəkkür
Digər

Ronaldodan təşəkkür

  • 2021-09-14

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo İngiltərə Premyer Liqasının 4-cü turunda "Nyukasl Yunayted"lə matçda (4:1) "Old Trafford"da səmimi qəbula görə klubun azarkeşlərinə təşəkkür edib.

Bu barədə o, özünün "İnstaqram" hesabında yazıb:

"Çempionlar Liqası matçı üçün yaxşı əhval-ruhiyyədəyik. Azarkeşlərimizə göstərdikləri gözəl qarşılama üçün təşəkkür edirəm. İşimizi bir az asanlaşdıran inanılmaz atmosfer və dəstəkdir. Yaxşı əhval-ruhiyyəni saxlamaq üçün əlimizdən gələni edəcəyik!".

Qeyd edək ki, "Mançester Yunayted" bu gün Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Yanq Boyz"un qonağı olacaq.