"Messinin gedişi bizi şoka saldı"
Digər

"Messinin gedişi bizi şoka saldı"

  • 2021-09-13

"Barselona"nın futbolçusu Serji Buskets Lionel Messisiz komandanın Çempionlar Liqasını qazanmaq şansını dəyərləndirib .

"Marca"ya isrinadən, o, bununla bağlı deyib: "Messinin gedişi komandanı və məni şok vəziyyətinə saldı. Bu şərtləri həzm etmək çətindir, amma indi düşüncəmizi dəyişdirməliyik. Artıq bunu edirik və Leo və onunla əlaqəli hər şey olmadan oynamağa alışmalıyıq.

Futbolda hər şey ola bilər. "Çelsi" ötən mövsüm Çempionlar Liqasında favoritlər sırasına daxil deyildi və kuboku qazandılar.

Bir komanda olaraq oynamağımız çox vacibdir. Leonun və onun fərdi istedadının olmadığını bilirik, amma bunun öhdəsindən gəlməliyik.

Nə qədər çətin olacağını bilirik, amma iddialı komandamız var. Nəyə görə nə qədər irəli gedə biləcəyimizi düşünməyək?".