"Latsio" ilə matç İbrahimoviç üçün əlamətdar oldu
Digər

"Latsio" ilə matç İbrahimoviç üçün əlamətdar oldu

  • 2021-09-13

A seriyasını 3-cü turunda "Latsio" ilə matç "Milan"ın futbolçusu Zlatan İbrahimoviç üçün əlamətdar olub. 

Bu barədə "Gracenote" məlumat yayıb. 39 yaşlı hücumçu sözügedən görüşdə (2:0) fərqlənməklə karyerasında ardıcıl 24-cü mövsümdə qol hesabını açmağı bacarıb. O, ötən 23 mövsümün hər birində qol vurub. 

Qeyd edək ki, İbrahimoviç karyerası ərzində "Barselona", "PSJ", "İnter", "Mançester Yunayted", "Los Ancles Qelaksi" kimi klublarda oynayıb.