"Liverpul"un futbolçusu əməliyyat olunacaq
Digər

"Liverpul"un futbolçusu əməliyyat olunacaq

  • 2021-09-13

"Liverpul"un futbolçusu Harvi Elliott zədələnib. 

18 yaşlı yarımmüdafiəçi ötən gün Premyer Liqanın 4-cü turunda "Lids Yunayted"lə matçda sıradan çıxıb. O, ayağından ağır zədə alıb. Oyunçunun 2 gün sonra əməliyyat olunacağ bildirilib.

Qeyd edək ki, Elliott 2019-cu ildən "Liverpul"da oynayır.