"Beşiktaş"da ciddi itkilər
- 2021-09-12
"Beşiktaş"ın futbolçuları Domaqoy Vida və Aleks Teyşeyra Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda Dortmund "Borussiya"sı ilə oyunu buraxacaqlar.
Türkiyə mətbuatına istinadən, buna səbəb sözügedən oyunçuların zədələnməsidir. Hər iki futbolçunun müalicəsinə başlanılıb.
Qeyd edək ki, "Beşiktaş" - "Borussiya" görüşü sentyabrın 15-i keçiriləcək.