"Qardaşımdan uzaq dururam"
Digər

"Qardaşımdan uzaq dururam"

  • 2021-09-12

"Herta"nın futbolçusu Kevin-Prins Boatenq qardaşı Jerom Boatenqin həyat yoldaşına şiddət göstərdiyi üçün 1,8 milyon avro təzminat ödəməsinə münasibət bildirib.

34 yaşlı yarımmüdafiəçi Jeromdan uzaq durduğunu və onunla problemlərinin olduğunu bildirib:

"Həyatım boyu qardaşımdan uzaq gəzmişəm. Onunla anlaşmırdıq. Qadına şiddət? Buna nifrət edirəm! Onlar sevilməyə layiqdirlər, xanımlara sevgimizlə yaxınlaşmalıyıq, şiddətlə deyil. Almaniyada qaydalara hörmət edirəm və bunlara əməl edirəm. Bundan sonra da qardaşımla münasibətim dəyişməyəcəm və onunla maraqlanmayacağam".

Qeyd edək ki, Jerom Boatenq həyat yoldaşına qarşı məişət zorakılığında ittiham olunub və 1,8 milyon avro təzminat cəzası alıb. Qadını döydüyü iddia olunan Boatenq 5 il müddətinə həbs oluna bilər. 2014-cü ildə Almaniya ilə dünya çempionu olmuş futbolçu uşaqlarının anasına qarşı zorakılıq etmədiyini bildirsə də, Münhen məhkəməsi buna inamayıb və araşdırmalar davam edir. Futbolçunun xanımı Kasia Lenhardt ötən il evində ölü tapılmışdı.