"Bavariya"da ciddi itki
Digər

"Bavariya"da ciddi itki

  • 2021-09-12

"Bavariya"nın futbolçusu Sergey Qnabri Çempionlar Liqasında "Barselona" ilə matçı buraxacaq. 

26 yaşlı yarımmüdafiəçi ötən gün Bundesliqanın 4-cü turunda "Leyptsiq"lə oyunda (4:1) zədələnib. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil. 

Qeyd edək ki, "Barselona" - "Bavariya" matçı sentyabrın 14-ü keçiriləcək.