Ramos daha 2 oyunu buraxacaq
- 2021-09-11
"PSJ"nin yeni transferi Serxio Ramosun klubundakı debütü növbəti dəfə təxirə salınıb.
L'Equipe" nəşrinə istinadən, 35 yaşlı müdafiəçi sol ayağının baldır əzələsindən aldığı zədədən sağalmağa davam edir.
Bildirilib ki, Ramos ən azı iki oyunu - Fransa çempionatında "Klermont" və Çempionlar Liqasında "Brügge"yə qarşı matçları buraxacaq.
Qeyd edək ki, ispan futbolçu bu yay azad agent olaraq "PSJ"yə transfer olunub.