İbrahimoviçdən sevindirici xəbər
Digər

İbrahimoviçdən sevindirici xəbər

  • 2021-09-10

"Milan"ın futbolçusu Zlatan İbrahimoviç zədəsini sağaldıb.

İtaliya mətbuatına istinadən, onun A seriyasının 3-cü turunda "Latsio" ilə matçda oynamağa hazır olduğu bildirilib. Həkimlər isveçli hücumçunun görüşə ilk dəqiqələrdən başlamasını məsləhət görmürlər, amma son sözü klubun baş məşqçisi Stefano Pioli söyləyəcək.

Qeyd edək ki, "Milan" - "Latsio" oyunu sentyabrın 12-i keçiriləcək.