Ronaldo sabah oynayacaq?
Digər

Ronaldo sabah oynayacaq?

  • 2021-09-10

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo İngiltərə Premyer Liqasının 4-cü turunda "Nyukasl"la matçda meydana çıxacaq.

Britaniya mətbuatına istinadən, bu barədə klubun baş məşqçisi Ole Qunnar Sulşer məlumat verib: "Ronaldo sabah mütləq oynayacaq, bu dəqiqdir".

Qeyd edək ki, "Mançester Yunayted" - "Nyukasl" görüşü sabah keçiriləcək.

Əlavə edək ki, Ronaldo sözügedən oyunda iştirak edəcəyi təqdirdə, kluba qayıdışından sonra ilk rəsmi debütünü edəcək.