"Barselona Çempionlar Liqasının favoriti deyil"
Digər

"Barselona Çempionlar Liqasının favoriti deyil"

  • 2021-09-10

"Barselona"nın hücumçusu Serxio Aquero komandanın mövsümlə bağlı perspektivlərindən danışıb.

 "Marca"nın yaydığı xəbərə görə, o, Kataloniya təmsilçisinin böyük klub olduğunu bildirib:

"Ona görə də hər titul uğrunda mübarizə aparmalıyıq. Çempionlar Liqasının favoriti deyilik, amma rəqiblərimiz bizə hörmət edir. Hər dəfə Barselonaya qarşı oynadığımda, hətta ən pis vəziyyətdə belə deyirdik: "Ehtiyatlı olun, bu Barselonadır. Bəlkə də Çempionlar Liqasında bizdən çox şey gözləmirlər, amma tənqidçilər əbəs yerə bizi qiymətləndirmirlər".

Qeyd edək ki, Aquero iyulda azad agent olaraq Mançester Sitidən Kataloniya klubuna keçib.