Mançester Sitinin futbolçusunun həbs müddəti uzadıldı
- 2021-09-10
Mançester Sitinin futbolçusu Benjamin Mendinin həbs müddəti uzadılıb.
"BBC"nin yaydığı məlumata görə, 27 yaşlı müdafiəçi 2022-ci ilin yanvarın 24-nə qədər həbsdə qalacaq.
Dörd qadına seksual zorakılıqda ittiham olunan oyunçu ilə bağlı növbəti məhkəmə iclası yanvarın 24-də olacaq və Mendi o vaxta qədər həbsdə qalacaq.