Neymardan onu tənqid edənlərə etiraz - "Daha nə etməliyəm?"
- 2021-09-10
Braziliya millisinin hücumçusu Neymar onu tənqid edənlərə etirazını bildirib.
29 yaşlı futbolçu DÇ-2022-nin seçmə mərhələsində Peruya qalib gəldikləri oyundan (2:0) sonra "Globo TV"yə açıqlamasında deyib:
"Komandanın uğuru mənim üçün hər şeydən üstündür. Braziliya yığmasının DÇ-2022-nin seçmə mərhələsində bombardiri olduğum üçün şadam. Həmçinin, ən çox məhsuldar ötürmə verən oyunçu da mən oldum. Yaxında Peleni qabaqlamaq və Braziliya tarixinin bombardiri olmaq kimi şərəfə nail ola bilərəm. Lakin insanların, şərhçilərin, jurnalistlərin mənə hörmət etmələri üçün daha nə edəcəyimi bilmirəm. Müsahibə etməyi sevmirəm, lakin lazım olanda buna hazıram".
Qeyd edək ki, Neymar Peru ilə görüşdə komandasının 2-ci qolunu vurub.