"Türkiyə ilə oyundan sonra Van Dayka zəng etdim"
- 2021-09-10
Liverpulun baş məşqçisi Yurgen Klopp klubun Niderland millisində çıxış edən futbolçusu Vircil Van Dayka DÇ-2022-nin seçmə mərhələsində Türkiyə ilə matçdan (6:1) sonra zəng edib.
Bu barədə alman mütəxəssis klubun saytına açıqlamasında deyib. Klopp sözügedən görüşdə zədələnən 30 yaşlı müdafiəçinin durumundan narahat olduğu üçün ona zəng etdiyini bildirib:
"Vircilin yaşadığı durum mənim üçün çox qorxuducu hadisə idi. Səbəbini təxmin edə bilərsiniz. Matçdan sonra ona yaxşı olub-olmadığı ilə bağlı mesaj göndərdim. Mənə yaxşı olduğunu söylədi. Ondan axsıyaraq gəzmədiyini göstərən video istədim. Mənə zəng edib, yaxşı olduğunu dedi".
Qeyd edək ki, Van Dayk daha əvvəl zədə səbəbindən 255 gün yaşıl meydanlardan uzaq qalmışdı.