Messi Pelenin rekordunu qırdı
Digər

Messi Pelenin rekordunu qırdı

  • 2021-09-10

DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin 10-cu turunda Boliviyanı qəbul edən Argentina 3:0 hesablı qələbə qazanıb.

Kapitan Lionel Messi oyunda het-trik edib. Bununla da 34 yaşlı hücumçu bir neçə rekorda imza atıb.

Messinin milli komandada vurduğu qolların sayı 79-a çatıb. O, əfsanəvi braziliyalı Peleni (77 qol)  üstələyib və Cənubi Amerikanın yığma komandaları oyunçularının qollarının sayı üzrə rekorda imza atıb.

"PSJ"nin futbolçusu həmçinin, peşəkar karyerasındakı qollarının sayını 750-yə çatdırıb. Leo buna 932 oyunda nail olub. Bu, eyni zamanda Messinin yığmasında 7-ci het-trikidir. Messi dünya çempionatının seçmə mərhələsində iki het-trik edən yeganə argentinalıdır.