"Ata, sən çempionsan"
- 2021-09-10
Argentina millisinin və "PSJ"nin hücumçusu Lionel Messi Amerika kubokundakı son qələbəsinin onun üçün əhəmiyyətindən danışıb.
34 yaşlı hücumçu bununla bağlı ESPN-ə açıqlamasında deyib: "Daha əvvəl kuboku qazanmağa çalışırdıq,bunu hər şeydən çox istəyirdik. Dünya kubokunu və ya Amerika Kubokunu qazanmaq çox çətindir.
Əvvəllər insanlar etdiyimiz hər şeyi qiymətləndirmirdilər, ancaq əsas məqsədə çatmadığımızı vurğulayırdılar. Bütün gücünüzü verdiyiniz üçün məmnunluq hiss etmək vacibdir ... Xoşbəxtlikdən, bizim üçün sonuncu final əvvəlkilərlə eyni deyildi.
Uşaqlar hər dəqiqə mənə deyirlər: "Ata, sən çempionsan". Mən izah edə bilmirəm. Bütün ailəmin Amerika kubokunda olmasını istərdim, amma heç bir matça, hətta finala da çıxa bilmədilər.
Bu, ödəməli olduğumuz qiymətin bir hissəsidir. Ailələrimizlə yaxın ola bilmədikdə çempion olduq".