Yaponiya klublararası dünya çempionatından imtina etdi
- 2021-09-09
Klublararası dünya çempionatı Yaponiyada keçirilməyəcək.
Bu barədə Yaponiya Futbol Assosiasiyasının (JFA) rəsmi saytı məlumat yayıb.
Buna səbəb kimi ölkədə koronavirusa yoluxmanın artması səbəb göstərilib. JFA bu səbəbdən mundiala ev sahibliyindən imtina etmək qərarına gəlib. FİFA tezliklə yarışın harada keçiriləcəyini açıqlayacaq.
Qeyd edək ki, mundialın 9-19 dekabrda təşkili nəzərdə tutulub. JFA daha əvvəl qurumun 100 illik yubileyi ilə əlaqədar yarışa ev sahibliyi etmək istəyib.