Almaniya millisinin olduğu təyyarədən təcili eniş
- 2021-09-09
Ötən gecə Almaniya millisini DÇ-2022-nin seçmə mərhələsində İslandiya ilə oyundan sonra Rekyavikdən Frankfurta daşıyan təyyarə qəza təhlükəsi ilə üz-üzə qalıb.
"Bild"ə istinadən, təyyarə əvvəlcə Rekyavikdən heç bir problem olmadan havaya qalxsa da, uçuş planlaşdırılmış şəkildə getməyib. Nəqliyyat vasitəsi Şotlandiyanın Abroath şəhərinin səmasında olarkən hava limanına təcili siqnal göndərilib. Təyyarədə fövqaladə vəziyyətin olduğu bildirilib. Nəticədə təyyarə Frankfurta yox, Edinburq şəhərinə (Şotlandiya) təcili eniş edib.
Qeyd edək ki, Almaniya millisi ötən gün İslandiya yığmasını 4:0 hesabı ilə darmadağın edib.