Qrizmann Platiniyə çatdı
- 2021-09-09
DÇ-2022-nin seçmə mərhələsində Finlandiyanı məğlub edən Fransa milli komandasının futbolçusu Antuan Qrizmann yığmanın tarixinə düşüb.
2:0 hesabı ilə bitən görüşdə dubl edən hücumçu millidəki qollarının sayını 41-ə çatdırıb. O, bu göstəricidə Mişel Platiniyə çatıb.
Fransa millisinin tarixində ən çox qol vuran futbolçu isə Tyerri Anridir. Sabiq hücumçu yığmada 51 qola imza atıb.