Barselona ona şans verəcək
Digər

Barselona ona şans verəcək

  • 2021-09-08

Barselonanın yarımmüdafiəçisi Filippe Koutinyo komandasının qarşıdakı oyunlarında meydana çıxacaq.

İspaniya mətbuatının verdiyi xəbərə görə, Kataloniya klubunun məşqçilər heyəti 29 yaşlı oyunçuya özünü sübut edə bilməsi üçün növbəti matçlarda şans vermək qərarına gəlib.

Daha əvvəl Barselonanın yayda braziliyalı futbolçu ilə yolları ayırmaq istədiyi, lakin onu alacaq klub tapa bilmədiyi bildirilmişdi.