Laporta Kumanla bağlı qərarı verdi
Digər

Laporta Kumanla bağlı qərarı verdi

  • 2021-09-07

Barselona baş məşqçi Ronald Kumanla bağlı qərarını verib.

Klub prezidenti Joan Laporta mütəxəssisin fəaliyyətindən məmnundur. O, yerli mətbuata açıqlamasında 58 yaşlı çalışdırıcıya yeni müqavilə təklif edəcəklərini bildirib:
 
“Kuman klubun tam dəstəklədiyi, mənim hörmət etdiyim, etibar göstərdiyim mütəxəssisdir. Bundan sonra da uzun müddət maksimum rahatlıqla işləməsi üçün əlimizdən gələni edirik”.

Qeyd edək ki, ötən ildən Barselonanı çalışdıran Ronald Kumanın müqavilə müddəti mövsümün sonuna qədərdir.