Kapitan Simon
Digər

Kapitan Simon

  • 2021-06-13

Danimarka millisinin üzvü Kristian Eriksen ötən gün Avro-2020-nin oyunu zamanı huşunu itirərkən komandanın kapitanı Simon Kyaer nümunəvi addımları ilə diqqət çəkib.

Kyaer dərhal Eriksenin yanına qaçaraq ona ilk tibbi yardımı göstərib və dilinin qatlamasına imkan verməyib.

Kapitan həkimlər meydana çıxana qədər Erikseni düzgün vəziyyətdə uzadıb. O, futbolçulardan canlı divar quraraq həkim müdaxiləsi zamanı baş verənlərin kameralara düşməsinə imkan verməyib.Daha sonra isə Kyaer Eriksenin xanımının yanına gedərək ona təsəlli verib.

Qeyd edək ki, Eriksenin vəziyyətinin getdikcə yaxşılaşdığı açıqlanıb.