UEFA-dan yeni qərar
Digər

UEFA-dan yeni qərar

  • 2021-09-07

Bu mövsüm avrokubokların qrup mərhələsindən etibarən komandaların səfər oyunlarına azarkeşlərinin buraxılmasına icazə veriləcək.

Bu barədə UEFA-nın İcraiyyə Komitəsi qərar qəbul edib. Ölkələrin səlahiyyətli orqanlarının icazə verəcəyi təqdirdə səfər komandalarının azərkeşlərinin tribunalara buraxılacağı bildirilib.

Qeyd edək ki, Azərbaycanı avrokubokların qrup mərhələsində yalnız "Qarabağ" təmsil edir. Ağdam təmsilçisi Konfrans Liqasında H qrupunda "Bazel" (İsveçrə), "Kayrat" (Qazaxıstan) və "Omoniya" (Kipr) ilə birgə yer alıb.