Keyta "Liverpul"a qayıda bilmir
Digər

Keyta "Liverpul"a qayıda bilmir

  • 2021-09-07

Qvineya millisinin və "Liverpul"un futbolçusu Nabi Keyta ölkəsindəki hərbi çevriliş səbəbindən kluba qayıda bilməyib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qvineyadakı hərbi çevrilişlər səbəbindən ölkədə uçuşlarının dayandırıldığı, bu səbəbdən də Keytanın İngiltərəyə qayıda bilmədiyi vurğulanıb.

Qeyd edək ki, Qvineyanın ötən gün DÇ-2022-nin seçmə mərhələsində Mərakeşlə oyunu da hərbi çevrilişə görə təxirə salınıb.