Onun üçün Avro-2020 erkən bitdi
Digər

Onun üçün Avro-2020 erkən bitdi

  • 2021-06-13

Avro-2020-nin ilk oyununda Rusiyaya 3 cavabsız qolla qalib gələn Belçika millisi ciddi itki ilə üzləşib.
 
Komandanın müdafiəçisi Timoti Kastan zədələnib. Rəqib futbolçu Daler Kuzyayevlə toqquşaraq ağır zədə alan 25 yaşlı müdafiəçi 27-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb.

 
Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Belçika yığmasının baş məşqçisi Roberto Martines Kastan üçün Avro-2020-nin erkən başa çatdığını bildirib. Futbolçunun ayağında qırıq aşkarlanıb.

Qeyd edək ki, Timoti Kastan İngiltərənin "Lester" klubunda çıxış edir.