Aquero Siti ilə Barselonanı müqayisə etdi
Digər

Aquero Siti ilə Barselonanı müqayisə etdi

  • 2021-09-06

Mançester Sitidən ayrılıb, Barselonaya keçən Serxio Aquero Kataloniya klubu ilə "şəhərlilər"i müqayisə edib.

32 yaşlı hücumçu "Diario Sport"a açıqlamasında deyib:

"Mançesterdə bir saat yarım ərzində məşqə toplaşırdıq. Barselonada isə hamı hazırlıq başlamadan 30 dəqiqə əvvəl gəlir. Mançesterdə dərsdən ən azı bir saat əvvəl idman zalında məşq etmək üçün gələcəyimi deyəndən sonra oraya üz tutanda zalda heç kim olmurdu".

Qeyd edək ki, Aquero bu yay Barselonaya transfer olunub.