"Rəqib son oyunda yaxşı çıxış etdi" - Ruben Diaş
Digər

"Rəqib son oyunda yaxşı çıxış etdi" - Ruben Diaş

  • 2021-09-06

Portuqaliya millisinin futbolçusu Ruben Diaş DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla görüş öncəsi mətbuat konfransında iştirak edib.

O, yığmamızın yaxşı oyun sərgilədiyini bildirib: "Azərbaycanın İrlandiyaya qarşı oyununu izlədik. Rəqib son matçda yaxşı çıxış etdi. Bu qarşılaşmada da əsas şərtimiz diqqətli olmaq və oyuna köklənmək olacaq.

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Portuqaliya matçı saat 20:00-da başlayacaq.