Kurtua Belarusla oyunu buraxacaq
- 2021-09-06
Belçika millisinin qapıçısı Tibo Kurtua DÇ-2022-nin seçmə mərhələsində Belarusa qarşı keçiriləcək oyunu buraxacaq.
Bunu 29 yaşlı qolkiper UEFA-nın rəsmi saytına açıqlamasında özü deyib. O, "Real"ın qarşıdakı oyunlarına görə millinin düşərgəsindən ayrıldığını bildirib.
Qeyd edək ki, sentyabrın 8-də keçiriləcək Belarus - Belçika görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.