Daha bir görüşü buraxacaq
Digər

Daha bir görüşü buraxacaq

  • 2021-09-05

Xorvatiya millisinin kapitanı Luka Modriç daha bir görüşü buraxacaq.

Zədəsi tam sağalmayan 35 yaşlı yarımmüdafiəçi sentyabrın 7-də Sloveniya ilə keçiriləcək matçda da komandasına kömək edə bilməyəcək.

Bu barədə Modriçin çıxış etdiyi Real Madrid klubunun rəsmi saytı məlumat yayıb. Tibbi personal futbolçuya Xorvatiya millisinə getməməyi məsləhət görüb.

Qeyd edək ki, Modriç sentyabrın 1-i Rusiya, 4-ü isə Slovakiya ilə qarşılaşmada da iştirak edə bilməyib.