Barselona Kumandan razıdır
- 2021-09-05
Barselona rəhbərliyi baş məşqçi Ronald Kumanın işi ilə bağlı analitik işlər aparıb.
"Diario Sport"un yaydığı məlumata görə, rəhbərlik niderlandlı mütəxəssisin komandanı inkişaf etdirməsindən məmnundur. Kumanın klubdakı gələcəyi ilə bağlı Barselonada heç bir mübahisə yoxdur.
Bildirilib ki, Kataloniya təmsilçisi Kumanın indi uğur qazana bilən, klubun iqtisadiyyatını gücləndirən və akademiyanın gənc futbolçularını inkişaf etdirə biləcək ideal məşqçi olduğuna əmindir. Mütəxəssis rəhbərlikdə tam etimad qazanıb.
Qeyd edək ki, Kumanın Barselona ilə müqaviləsi 2022 -ci ilin yayında bitir.