"Yuventus"un gənc futbolçusu öldü
- 2021-09-05
"Yuventus"un gənc futbolçusu Brayan Dodyen 17 yaşında vəfat edib.
Bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb. Oyunçu bir neçə ildir ki, xərçənglə mübarizə aparırdı.
Qeyd edək ki, Brayana 12 yaşında xərçəng diaqnozu qoyulmuşdu. Ancaq o, üç ildən sonra futbola qayıdıb və "Yuventus"un U-15 komandasında oynayıb.