Lukaku Ronaldo barədə danışdı
Digər

Lukaku Ronaldo barədə danışdı

  • 2021-09-05

"Çelsi"nin hücumçusu Romelu Lukaku onu "Mançester Yunayted"in futbolçusu  Kriştiano Ronaldo ilə müqayisə etməməyə çağırıb.

Bu barədə belçikalı oyunçu "goal.com"a açıqlamasında bildirib:  "Məni heç vaxt Ronaldo ilə müqayisə etməyin. O, mənim üçün futbol tarixinin ən yaxşı üç oyunçusundan biridir. Ronaldonu xüsusi bir yerə qoymayacağam. Bu gün futbolda onun etdikləri müstəsna şeydir. İtaliyada ona qarşı oynadığım üçün şanslı idim və indi yenidən Premyer Liqaya qayıtdığı üçün liqaya fayda verəcək. Qalanlara gəldikdə isə, statistikanı və bunların hamısını müqayisə etmək faydasızdır".

Xatırladaq ki,  bu yay Ronaldo "Yuventus"dan "Mançester Yunayted"ə, Lukaku isə "İnter"dən "Çelsi yə keçib.