Aquero 10 nömrəli formadan imtina edib
Digər

Aquero 10 nömrəli formadan imtina edib

  • 2021-09-05

"Barselona"nın hücumçusu Sergio Aquero Lionel Messinin gedişindən sonra klub ona təklif etsə də, 10 nömrəli formanı götürmək istəməyib.

Bu barədə argentinalı oyunçu Twitch -də canlı yayımda bildirib: "Mənə bu nömrəni təklif etdilər, amma Messiyə hörmətlə bağlı təklifi qəbul etmədim".

Aquero "Mançester Siti"də 10 nömrəli forma oynasa da, "Barselona"da 19 nömrəni seçib.

Messi ayrıldıqdan sonra 10 nömrəni Ansu Fati götürüb.