"Kuman mənə hörmətsizlik etdi"
Digər

"Kuman mənə hörmətsizlik etdi"

  • 2021-09-04

"Barselona"dan icarə əsasında "Beşiktaş"a keçən Miralem Pyaniç İstanbul təmsilçisinə transferinin səbəblərini açıqlayıb.

31 yaşlı yarımmüdafiəçi "Barselona"nın baş məşqçisi Ronald Kumann ona yaxşı davranmadığı üçün belə bir addım atdığını bildirib:

"Kuman özümə güvənimi öldürürdü. O, mənə hörmətsizlik etdi. O, mənimlə maraqlanmırdı. Bu, çox qəribədir. Çünki elə baş məşqçi yoxdur ki, yalnız əsas heyətə diqqət göstərsin. Komanda daxilində əlaqələr qurmağın başqa yolları var. Hər şeyi qəbul edə bilərəm, amma əvvəlcə üz-üzə danışmaq istəyirəm. Mən sona qədər mübarizə apardım, peşəkarlıqla davrandım, həmişə yaxşı işlədim. Bilirdim ki, Kuman komandada qalsa, yeni klub axtarmalı olacağam".