İnter Erikseni ÇL heyətinə daxil etmədi
Digər

İnter Erikseni ÇL heyətinə daxil etmədi

  • 2021-09-03

İnterin futbolçusu Kristian Eriksen Çempionlar Liqasının qrup mərhələsinin matçlarında oynamayacaq.

Danimarkalı yarımümdafiəçinin adı qrup mərhələsinin görüşləri üçün iştirak ərizəsində yer almayıb. Anaq Eriksen A Seriyasının oyunları üçün heyətdədir.

İnter ÇL-də 1/8 finala çıxacağı təqdirdə, 29 yaşlı futbolçunun sözügedən turnirdə oynamaq şansı olacaq.

Qeyd edək ki, Avro-2020-nin qrup mərhələsində iyunun 12-də keçirilən  Finlandiya ilə görüşün ilk hissəsində huşunu itirən Danimarka millisinin üzvü Erikseni 15 dəqiqəlik tibbi müdaxilədən sonra həyata qaytarmaq mümkün olmuşdu.