Vengerdən Arsenal açıqlaması
Digər

Vengerdən Arsenal açıqlaması

  • 2021-09-03

Arsenalın sabiq baş məşqçisi Arsen Venger London klubuna qayıda biləcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib.

 "Bild Live"in verdiyi məlumata görə, o, belə bir fikrinin olmadığını deyib:

"71 yaşım var. Bu klubda həyatımın ən gözəl illərini verdim. Arsenal hazırda yaxşı formadadır. Çətin qarşılaşmalar keçirdilər, amma bu komandanın potensialı var. Ümid edirik ki, vəziyyəti düzəldə bilərlər. Hal-hazırda klubun sadəcə azarkeşiyəm".

Qeyd edək ki, Arsenal İngiltərə Premyer Liqasında 3 turdan sonra xal toplamayıb və sonuncu pillədə qərarlaşıb.