Ronaldo 10-cu dəfə "Ginnesin Rekordlar Kitabı"na düşdü
- 2021-09-03
Portuqaliya millisinin və "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo növbəti dəfə "Ginnesin Rekordlar Kitabı"na düşüb.
Bu barədə 36 yaşlı hücumçu özünün sosial şəbəkə hesabında paylaşım edib. O, yığma komandada vurduğu qolların sayını 111-ə çatdıraraq dünya rekordu qırmaqla buna nail olub. Həmin uğur münasibəti ilə futbolçuya xüsusi sertifikat təqdim olunub.
Qeyd edək ki, Ronaldo 2 gün əvvəl İrlandiya ilə matçda dubl etməklə İran millisinin Azərbaycan əsilli sabiq futbolçusu Əli Daeinin rekordunu (109 qol) qırıb.
Əlavə edək ki, Ronaldo karyerasında 10-cu dəfə "Ginnesin Rekordlar Kitabı"na düşüb.