Digər

Messinin ayağı sına bilərdi - Video

  • 2021-09-03

Argentina millisinin futbolçusu Lionel Messi DÇ-2022-nin seçmə mərhələsində Venesuela ilə matçda ciddi zədə təhlükəsi ilə üzləşib.

Rəqibin oyunçusu Luis Martines 32-ci dəqiqədə 34 yaşlı hücumçunun ayağına zərbə vurub. O, belə hərəkətinə görə 32-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Bildirilir ki, bu zərbə Messinin ayağının sınması ilə nəticələnə bilərdi.

Qeyd edək ki, oyun Argentinanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.