Ronaldonun "Mançester Yunayted"dəki nömrəsi təsdiqləndi
Digər

Ronaldonun "Mançester Yunayted"dəki nömrəsi təsdiqləndi

  • 2021-09-02

Ronaldonun "Mançester Yunayted"də geyinəcəyi formanın nömrəsi dəqiqləşib.

Ronaldo klubunda 7 nömrəli forma ilə çıxış edəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 7 nömrənin köhnə sahibi Edinson Kavani isə 21 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Ronaldo klubdakı ilk altı mövsümündə (2003-2009 -cu illərdə) 292 oyunda iştirak edib və 118 qol vurub. Həmçinin, üç Premyer Liqa və UEFA Çempionlar Liqası da daxil olmaqla 9 kubok qazanıb.