"İngiltərə Dünya Çempionatında qalib gəlməlidir"
Digər

"İngiltərə Dünya Çempionatında qalib gəlməlidir"

  • 2021-09-02

İngiltərə millisinin baş məşqçisi Qaret Sauzgeyt yığmasının Qətərdə keçiriləcək dünya çempionatında qalib gəlməsinin vacibliyindən danışıb.

Sauzgeyt, bu barədə Macarıstanla Qətər 2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən oyun öncəsi mətbuat konfransında bildirib. Baş məşqçi, oyunçularını Avro 2020-nin final oynunda italyanlara qarşı olan məğlubiyyəti motivasiya kimi istifadə etməyə səsləyib. Onun sözlərinə görə, bu məğlubiyyəti unutmaq üçün İngiltərə millisi Qətərdə mütləq qalib gəlməlidir.

Qeyd edək ki, Avro 2020-də uğurlu oyunlar keçirərək çempionluğa doğru irəliləyən İngiltərə finalda italyan yığmasına məğlub oldu.