Qrizmannın nömrəsi dəqiqləşdi
Digər

Qrizmannın nömrəsi dəqiqləşdi

  • 2021-09-02

"Atletiko"ya qayıdan Antuan Qrizmannın Madrid klubundakı yeni forma nömrəsi müəyyənləşib.

Klubun mətbuat xidmətinə istinadən, fransalı futbolçu 8 nömrəli forma ilə çıxış edəcək. Ötən mövsüm bu nömrəli forma ilə "Çelsi"yə  Saul Niqes oynayıb.

Qeyd edək ki, Qrizmann 2014-2019 -cu illərdə "Atletiko"da çıxış etdiyi müddətdə 7 nömrəli forma geyinmişdi.

Xatırladaq ki, müqavilə ilə "Barselona"ya məxsus olan 30 yaşlı oyunçu 2021/2022 mövsümünü icarə əsasında Madrid təmsilçisində keçirəcək.