UEFA-dan "Qarabağ"a mənfi cavab
Digər

UEFA-dan "Qarabağ"a mənfi cavab

  • 2021-09-02

"Qarabağ"ın Konfrans Liqasının H qrupunun 1-ci turunda "Bazel"ə qarşı sentyabrın 16-ı keçiriləcək ilk ev oyunu "Azərsun Arena"da da olmayacaq.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib ki, UEFA-dan görüşün "Azərsun Arena"da keçirilməsi ilə bağlı mənfi cavab alıblar. G.Abbaszadə senyabrın 6-ı UEFA-nın ölkəmizə nümayəndə göndərəcəyini vurğulayıb.

Klub rəsmisinin sözlərinə görə, UEFA nümayəndəsi Tofiq Bəhramov Adına Respublika stadionu və Bakı Olimpiya Stadionundakı ot örtüyünə baxacaq. Bundan sonra görüşün stadionu ilə bağlı yekun qərar veriləcək.