Fransa millisində ciddi itki
- 2021-09-02
Fransa millisinin futbolçusu Kilian Mbappe zədələnib.
Xarici KİV-lərə istinadən, o, DÇ-2022-nin seçmə mərhələsinin 4-cü turunda Bosniya və Herseqovina ilə matçda (1:1) zədə alıb. Baldırında ağrılar hiss edən 22 yaşlı hücumçu ikinci hissənin əvvəli əvəzlənib.
Mbappe bu gün tibbi müayinədən keçəcək və onun zədəsinin ciddi olub-olmadığı müəyyənləşəcək.
Qeyd edək ki, Fransa DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu sentyabrın 4-ü səfərdə Ukraynaya qarşı keçirəcək.