"PSJ" Mbappeni bu səbəbə görə satmayıb
- 2021-09-02
"PSJ" "Real"ın Kilian Mbappe üçün göndərdiyi təklifi Qətər əmiri Hamad Əl-Taninin qərarı ilə rədd edib.
Bu barədə "L`Equipe" məlumat yayıb. "PSJ" əvvəlcə Madrid təmsilçisinin təklifini nəzərdən keçirmək istəyib. Klub gələn yay 22 yaşlı hücumçunu azad agent kimi buraxmaqdansa, bu transferdən 200 milyon avro qazanmağın daha yaxşı olduğunu düşünüb. Lakin Qətər əmiri "PSJ"nin hücum xəttində Lionel Messi, Kilian Mbappe və Neymar "3-lüy"ünü görmək istəyib. Buna görə də paytaxt təmsilçisi "kral klubu"nun təklifini rədd edib.
Qeyd edək ki, Mbappenin "PSJ" ilə müqaviləsi 2022-ci ilin iyunu başa çatır.