Ronaldodan rekord şərhi
Digər

Ronaldodan rekord şərhi

  • 2021-09-02

"Azarkeşlərin dəstəyi çox vacibdir. Onlar bizə güc verdilər. Komandanın qalib gəlməsinə kömək etdiyim, rekord qırdığım üçün xoşbəxtəm. Amma ən vacib olan komandadır".

UEFA-nın saytına əsasən, bu sözləri Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo deyib. O, ötən gün DÇ-2022-nin seçmə mərhələsində İrlandiyaya qarşı matçdakı dublunu və Əli Daeiyə məxsus dünya rekordunu qırmasını belə şərh edib:

"Bu mənim rekordumdur və bənzərsizdir. Çox xoşbəxtəm ki, karyeramda daha bir rekorda sahib oldum. Mənim motivasiyam futbol oynamağa davam etmək istəyimdən, həm də "Mançester Yunayted"ə qayıdışımdan irəli gəlir. Hər gün daha yaxşı olmaq, azarkeşləri və uşaqlarınızı sevindirmək arzusu ilə oyanmaq çox vacibdir".

Qeyd edək ki, Ronaldo sözügedən görüşdə dubl etməklə milli komandada vurduğu qol sayını 111-ə çatdırıb və Azərbaycan əsilli iranlı oyunçu Əli Daeiyə məxsus dünya rekordunu qırıb.