Ronaldo millimizlə oyunu buraxacaq?
Digər

Ronaldo millimizlə oyunu buraxacaq?

  • 2021-09-02

"DÇ-2022"nin seçmə mərhələsində növbəti oyununu millimizə qarşı keçirəcək Portuqaliya yığması ciddi itki ilə üzləşib.

Komandanın lideri Kriştiano Ronaldo cəzalı duruma düşüb. 36 yaşlı hücumçu seçmə mərhələdə dünən İrlandiya ilə keçirilən görüşdə (2:1) sarı vərəqə alıb. Bununla da sarı vərəqə limitini dolduran kapitan millimizlə Bakıdakı görüşdə iştirak etməyəcək.

Qeyd edək ki, Azərbaycan - Portuqaliya matçı sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək.